Ayasofyanı yüzlərlə polis işçisi qoruyacaqbackend

Ayasofyanı yüzlərlə polis işçisi qoruyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl yenidən məscid kimi fəaliyyətə başlayan İstanbuldakı Ayasofya məbədini qorumaq üçün daimi olaraq 500 polis işçisi cəlb olunacaq.

NOCOMMENT.az “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bu barədə məlumat verib.

Ölkə başçısı Ankarada çıxış edərkən “Bu gündən etibarən Ayasofya-da 500 asayiş keşikçisi davamlı olaraq növbəli şəkildə xidmət yerinə yetirəcək”, – fikirlərini səsləndirib.

Qeyd edək ki, Türkiyə məhkəməsi iyunun 10-da Ayasofya muzeyinin yenidən məscid kimi fəaliyyətə başlaması barədə qərar qəbul edib.