Ayasofyanın statusu barədə qərar qəbul olundu – son söz ƏRDOĞANDAbackend

Ayasofyanın statusu barədə qərar qəbul olundu – son söz ƏRDOĞANDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ali Məhkəməsi Ayasofyanın məscidə çevrilməsi qərarı ilə əlaqədar bütün hüquqları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verib.

NOCOMMENT xarici mediaya istinadən bildirir ki, türk hakimlər Kamal Atatürkün 1934-cü il tarixli Ayasofyanın bir muzey statusu ilə bağlı qərarının qanuni olduğunu qüvvədə saxlayıblar, lakin hazırkı dövlət başçısının onu dəyişdirmək və ya dəyişdirməmək barədə qərar vermək hüququna sahib olduğunu təsdiq ediblər.

Məhkəmə zamanı Qədim Abidələr və Ətraf Mühitin Dəstəyi Dərnəyi Kamal Atatürkün 1934-cü il fərmanındakı imzanın əsl və ya saxta olub olmadığını da araşdırıb. Yalnız bundan sonra Ali Məhkəmə Ayasofyanın muzey statusunu qorumaq üçün qanuni bir qərar olduğunu qəbul edib, lakin prezident sərəncamının onu dəyişdirmək üçün yetərli olduğunu qərara alıb.

Hökumətyönümlü mətbuat müsbət bir təklif olacağı təqdirdə, ilk duanın 15 İyulda – uğursuz çevriliş cəhdinin dördüncü ildönümünü günündə ediləcəyini ehtimal edir.

Həmçinin kilsənin gələcəyi məsələsi Türkiyənin Dövlət Şurasının iclasında da müzakirə olunub. CNN telekanalıının məlumatına əsasən, dinləmələr 15 dəqiqə sürüb. DŞ rəsmi qərarını 15 gün ərzində elan edəcək.