Ayaz Mütəllibov Elçibəyin oğlunu TƏBRİK ETDİbackend

Ayaz Mütəllibov Elçibəyin oğlunu TƏBRİK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov xələfi, mərhum dövlət başçısı Əbülfəz Elçibəyin oğlunu təbrik edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Ayaz Mütəllibov toya hazırlaşan Ərturqut Əliyevə xoşbəxtlik arzulayıb. Lakin eks-prezident Elçibəyin oğlunun onu toyuna dəvət etmədiyini söyləyib:

“Toya dəvət edilməmişəm. Amma ona xoşbəxtlik arzulayıram. Yeni, gənc ailə qurulur. Bir ağsaqqal kimi ancaq xeyir-dua verə bilərəm”.

Xatırladaq ki, iyulun 30-da Bakıda keçmiş prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin oğlan toyu keçiriləcək. Onun həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.

Ötən gün Modern.az-a açıqlama verən Ərturqut Əliyev atasının bəzi silahdaşlarını toyuna çağırmadığını bildirib. Hazırda Fövqəladə Hallar Nazirliyində çalışan Ə.Əliyev cəbhəçilərdən fərqli olaraq, nazir Kəmaləddin Heydərovu məclisə dəvət etdiyini vurğulayıb.