Ayaz Mütəllibovun səhhəti barədə: Görüşləri məhdudlaşdırılıbbackend

Ayaz Mütəllibovun səhhəti barədə: Görüşləri məhdudlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun səhhətinin pisləşməsi ilə bağlı məlumatlar yayılmışdı. Hətta dilinin tutulması, nitq qabiliyyətini itirməsi iddia olunurdu.

NOCOMMENT xəbər verir ki, yenisabah-a açıqlama verən Ayaz Mütəllibovun mətbuat katibi Qulu Həsənzadə məsələyəə aydınlıq gətirib: “Söz-söhbət haradasa 10 gün bundan qabaq ortaya çıxıb. Bu iddialarla bağlı təkzib verilib və saytların çoxunda bu barədə yazı dərc olunub. Hətta jurnalist Əvəz Zeynallı da bu mövzuda ayrıca danışıb.

Ayaz Mütəllibovun vəziyyəti hazırda normaldır. Böyük bir dəyişiklik yoxdur. Bir balaca təzyiq problemi var idi, o da yaşıyla əlaqəlidir.

Eks-prezident pandemiya ilə əlaqədar görüşlərini məhdudlaşdırıb. Sırf ailə üzvləriylə ünsiyyətdədir. Mən özüylə hər gün əlaqə saxlayıram. Hər şey yaxşıdır, narahatlıq üçün əsas yoxdur”.