1 fevral tarixindən 30 nəfərə yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib.
2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin AYB-dən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq olub. Xəbərdarlığa məhəl qoymanalar barədə sərt addım atılıb.
Bəs AYB sıralarından xaric olunan həmin 30 nəfər kimdir?
NOCOMMENT.az xəbər verir ki, qurumun mətbuat katibi Xəyal Rza bildirib ki, həmin 30 nəfərin adını ictimiayyətə açıqlamağı düşünmürlər.
“AYB-nin sədri Anar hesab edir ki, qurumdan çıxarılan şəxslərin adlarını ictimaiyyətin bilməsinə ehtiyac yoxdur”, deyə Xəyal Rza əlavə edib.
Qeyd edək ki, AYB üzvlüyündən kənarlaşdırılma davam etdiriləcək, növbəti mərhələ gözlənilir. /modern.az/













