Ayda həyat belə olacaq – VİDEObackend

Ayda həyat belə olacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Kosmik Agentliyi və “Skidmore, Owings & Merrill” memarlıq şirkəti gələcəkdə Ayda qurulacaq ilk koloniyaların necə olacağını göstərən “Dünyadan kənar həyat” adlı qısametrajlı filmi Venesiya Memarlıq Biennalesinin “Birlikdə necə yaşayacağıq?” mövzulu 17-ci Beynəlxalq Biennale Memarlıq Sərgisində nümayiş olunub.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyinin mütəxəssisləri və Massaçusets Texnologiya İnstitutunun Aviasiya və Kosmos kafedrasının professoru, NASA-nın keçmiş astronavtı Cefri Hofman tərəfindən dəstəklənən 4 dəqiqəlik qısametrajlı film Ayda həyatın necə olacağını real şəkildə izah edir, Ay modulunun təfərrüatlarını göstərir və izləyicilərə Ay mühitində gündəlik həyatı təsəvvür etməyə, onu mümkün edən mühəndisliyi və texnologiyanı anlamağa imkan verir.

Memarlıq şirkətinin baş dizayneri Daniel İnosent bildirir ki, “burada qarşılaşdığımız çətinliklər yeni həll yollarına ilham verib və bəşəriyyət üçün Yer üzündən kənarda bir gələcək təsəvvür etməyimizə imkan yaradıb”.

Azərbaycanda istifadə edilən 3 peyvənd: Birinci doza ilə ikinci fərqli ola bilərmi? – RƏSMİ CAVAB
Erməni əsirliyindən qayıdan nələr danışdı: “Bizi armaturla döyürdü…”
Pis vərdişlərin psixoterapiyası -HƏR KƏS OXUSUN!
Qısametrajlı filmdə göstərilən konstruksiyaları həm kosmonavtlar, həm də kosmik stansiyadan idarə olunan robotlar vasitəsilə inşa etmək mümkün olacaq.