Ayda həyat ola bilər – NASAbackend

Ayda həyat ola bilər – NASA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ayda həyat ola bilər. 

NOCMMENT.az xəbər verir ki, bunu NASA-nın Goddard Kosmik Uçuş Mərkəzindən planetşünas Prabal Saksena açıqlama verib.

Onun sözlərinə görə, Ayın cənub qütbündəki qaranlıq kraterlərdə mikrob həyatı mövcuddur. 

“Nisbətən qorunan ərazilərdə “potensial yaşayış üçün yuvalar” ola bilər”, – deyə o qeyd edib.

Bildirilib ki, əgər bu cür mikroblar varsa, onların Yerdən qaynaqlandığı və Aya eniş əməliyyatları ilə oraya çatdığı düşünülür.

Qeyd edək ki, heç bir insan Ayın cənub qütbünə ayaq basmayıb. Bununla belə, oradakı bəzi kraterlərdə buzun olduğu məlumdur.

NOCOMMENT.az