Ayda qəribə maqnit xassələri olan daşlar aşkar edilibbackend

Ayda qəribə maqnit xassələri olan daşlar aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ayda Rayner Qamma bölgəsində qeyri-adi maqnit xüsusiyyətlərinə malik daşlar aşkar edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Münster Universitetinin press-relizində məlumat verilib.

Universitetin məlumatına görə, bu daşlar Aydakı digər oxşar obyektlərdən fərqli olaraq işığı əks etdirir. Universitet alimi Ottaviano Ryuşanın fikrincə, Ayın maqnit xassələri haqqında hazırkı biliklər məhduddur, ona görə də yeni süxurlar Yerin peykinin və onun maqnit nüvəsinin tarixinə işıq salacaq.