Aydın Canıyev Eynulla Fətullayevin şikayətilə həbs edildibackend

Aydın Canıyev Eynulla Fətullayevin şikayətilə həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Aydın Canıyev həbs olunub.

NOCOMMENT.az xəbər verir ki, o, “haqqın.az” saytının rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında məhkəməyə çıxarılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Aydın Canıyev 30 sutka inzibati qaydada həbs olunub.

Eynulla Fətullayev “Facebook” profilində qeyd edib ki, A. Canıyev sosial şəbəkədə onunla bağlı təhqirlər yazdığı üçün Baş Prokuror Kamran Əliyevə müraciət edib.

O müraciətinə operativ cavab verildiyi üçün Baş Prokurora və məhkəməyə təşəkkür edib.