Aydın Heydərov koronavirusdan vəfat etdibackend

Aydın Heydərov koronavirusdan vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış YAP-çı, 1992-ci ilin aprelində keçirilmiş məşhur “Yaş senzi” ilə bağlı mitinqin təşkilatçılarından biri, YAP Nəsimi rayon təşkilatının yaradıcılarından olmuş Aydın Heydərov vəfat edib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı deputat Fazil Mustafa məlumat yayıb.O qeyd edib ki, mərhum 1 aya yaxındır ki, koronavirusla mübarizə aparırmış.

Qeyd edək ki, 1948-ci il təvəllüdlü A.Heydərov Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri idi. O, 1992-ci ildə “İnturavto” Bakı Avtokombinatının direktoru, 1997-ci ildən isə eyniadlı Açıq Səhmdar Cəmiyyətin sədri olub.