Aydın Qədirov koronavirusdan vəfat etdibackend

Aydın Qədirov koronavirusdan vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, əməkdar həkim Aydın Qədirov COVID-19-dan dünyasını dəyişib.

Bu haqda onun yaxınları məlumat verib. Bildirilib ki, həkim bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, A. Qədirov bir müddət Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu olub.