Aygün Bəyləri məhkəməyə verən Röya: Xətrimə dəymişdibackend

Aygün Bəyləri məhkəməyə verən Röya: Xətrimə dəymişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Aygün Bəyləri çox dərindən tanımırdım. Bu haqda çox danışmaq istəmirəm. O, adam mənim xətrimə dəymişdi, ondan küsmüşdüm”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan mərhum Əməkdar artist Aygün Bəylər haqqında “Xəzər TV”yə danışarkən deyib.

“Amma bu hadisədən sonra başa düşdüm ki, çox az ömrümüz var. Sabah nə olacağını bilmək olmaz. Ona görə nə könül qıraq, nə də kiminsə pis enerjisini içimizdə daşıyaq. Mən çox istəyərdim ki, o çox yaşasın. Çünki onun balası var”, – o qeyd edib.

Xatırladaq ki, illər öncə Röya Ayxan ilə Aygün Bəylər arasında qalmaqal yaşanmışdı. Mərhum müğənninin efirdə Röya Ayxanla bağlı işlədiyi ifadələr onun narazılığına səbəb olmuşdu. Röya Ayxan bu səbəbdən onu təhqir iddiası ilə məhkəməyə vermişdi.

R.Ayxan iddia ərizisində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 7-si, gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.