Aygün Kazımova bir ilkə imza atdı – FOTObackend

Aygün Kazımova bir ilkə imza atdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Aygün Kazımova yeni “Я в Нирване” adlı rus dilli albomunu elektron platformalarda təqdim edib. 

NOCOMMENT.az xəbər verir ki, alboma Kazımovanın “Nirvana”, “Oderjima”, “Tarantino” kimi yeni mahnıları daxildir. Bununla yanaşı müğənninin bundan əvvəl sinql kimi işıq üzü görən Xalq artisti Emin Ağalarovla oxuduğu “Azərbaycan”, Filip Kirkorovla olan dueti “Jan Azərbaycan!” da albomda yer alıb.

Məşhur “Sus” mahnısının rus dilində olan və “Pust” adlı versiyası da alboma daxil edilib. Pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb – azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib. Altı trekdən ibarət diskin buraxılışı “SS-production” şirkətinin himayəsi altında “BEAT Music” etiketində baş tutub. “Я в Нирване” Azərbaycanda innovativ Dolby Atmos səs formatında səslənən ilk albomdur.

“BEAT Music”in prodüseri Rüstəm Rzayevin sözlərinə görə, o, Azərbaycanda əvvəllər buraxılan musiqilərdən əsaslı şəkildə fərqli, tamamilə yeni səsə malikdir.