Aygün Kazımova qızı barədə: Səhv addım atsa…backend

Aygün Kazımova qızı barədə: Səhv addım atsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Aygün Kazımova qızı İlqarədən danışıb.

NOCOMMENT xəbər verir ki, Xəzər TV-də yayımlanan “Söhbət musiqidən gedir” proqramında qonaq olan sənətçi qızı ilə fərqli olduqlarını deyib: “Xasiyyətcə, enerji baxımından fərqliyik. Sənət bizi birləşdirsə də, xasiyyətcə başqayıq. Onun fikirlərinə, qərarlarına çalışıram sağlam yanaşım, anlayım, qəbul edim.

Səhv addım atsa… Atsın, mənim də olub. Onlar sayəsində möhkəmlənmişəm. Bir ana kimi onu qəbul etmək çətindir. Amma kənardan baxanda düşünürəm öz həyatıdır. Bu gün varam, sabah olmaya bilərəm. Çalışıram onu problemlərdən çıxarım. Amma səhv edirəm. Gərək özü üzləşsin, çalışıb vəziyyətdən çıxsın”.