Xalq artisti Aygün Kazımova yeni fotolarını instaqram izləyiciləri ilə bölüşüb.
NOCOMMENT axsam.az-a istinadən xəbər verir ki, müğənni geyimi ilə diqqət çəkib. Kazımova “Dolce & Gabbana” brendinin pencəyini və çəkməsini seçib.
Müğənninin sinəsi güllərlə bəzədilən pencəyinin qiyməti 4 972 dollar, təxminən 8 452 manatdır. A.Kazımovanın seçdiyi qara rəngli sözügedən brendin çəkməsi isə 1 195 dollar, təxminən 2 031 manatdır. İfaçı pencək və ayaqqabısına birlikdə 10 483 manat ödəyib.
View this post on Instagram