Ayı Qax sakininə xəsarət yetiribbackend

Ayı Qax sakininə xəsarət yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaxda yüksək dağlıq ərazidə ayı 57 yaşlı kişiyə hucum edib.

NOCOMMENT.az apa-a istinadən xəbər verir ki, Şimal-qərb bürosunun məlumatına görə, hadisə oktyabrın yeddisində rayonun Sarıbaş kəndi yaxınlığında dağlıq ərazidə baş verib. Rayonun Qaxbaş kənd sakini, 1966-cı il təvəllüdlü Fəxri Şahmiddin oğlu Babayev çobanlara atla ərzaq apararkən ayının hücumuna məruz qalıb. Ayı Fəxri Babayevi atdan salmaq istəyən zaman o, heyvanı təpiklə uzaqlaşdırmaq istəyib. Bu zaman ayı onun hər iki ayağını dişləyib. F.Babayev ayını qorxuda bilib və yırtıcı heyvan ərazidən qaçaraq uzaqlaşıb.

F.Babayevə Qax Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.