Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) sərmayə qoyduğu regionlar üzrə iqtisadi proqnozunu açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə bankın regional icmalında deyilir.
Məlumata görə, bank bu il üçün Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib. Hesabata əsasən, AYİB bu il üçün ölkədə iqtisadi artım proqnozunu 0,7% artıraraq 3,8 %-ə yüksəldib. Gələn il isə Azərbaycan iqtisadiyyatının 2,7 % böyüyəcəyi proqnozlaşdırılır.
“Güclü dövlət investisiyaları və əhalinin real gəlirlərinin artması bu ilin I yarısında Azərbaycanın qeyri-neft ÜDM-nin davamlı artımını dəstəkləyib, neft-qaz sektoru isə Avropa bazarında tələbatın artmasından faydalanıb”, – hesabatda deyilir.
Qeyd edilib ki, Qazaxıstan və Özbəkistanda mədənçilik fəaliyyətinin durğunlaşması fonunda Mərkəzi Asiyada iqtisadi fəallıq gözləniləndən daha yavaş olub. Altı iqtisadiyyatda – Türkiyə, Misir, Moldova, Macarıstan, Qazaxıstan və Ukraynada inflyasiya 2022-ci ilin fevral ayından bu yana 30 faizi ötüb və bu, yaşayış xərclərinə təzyiqləri artırıb.
Bundan əlavə, dünyada neft və qaz qiymətləri sabitləşib və hazırda 2017-2021-ci illər arasında müşahidə olunan orta səviyyələr ətrafındadır. Eyni zamanda, Avropada qaz nisbətən baha olaraq qalır, ABŞ qazı isə qiymətindən təxminən beş dəfə baha satılır.