Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) enerji infrastrukturunun fəaliyyətini dəstəkləmək üçün Ukraynaya 700 milyon avro məbləğində kredit zəmanəti verəcək.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə baş ofisi Londonda yerləşən bankın mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, AYİB Enerji Təhlükəsizliyinə Dəstək Fondu (ESSF) yaradıb və bu, Ukraynanın maliyyə sektoruna ölkədə enerji təhlükəsizliyi investisiyalarına daha yaxşı çıxışı təmin etməyə imkan verəcək: “AYİB-in ESSF proqramı çərçivəsində tərəfdaş banklara verdiyi zəmanətlər yerli firmaları, bələdiyyələri və ev təsərrüfatlarını dəstəkləmək, generatorlar almaq, enerji istehsalının və saxlanmasının digər qeyri-mərkəzləşdirilmiş üsullarına investisiya yatırmaq və enerji səmərəliliyini artırmaq üçün 700 milyon avroya qədər maliyyə təmin edəcək”.
Qeyd olunur ki, 2022-ci ildən AYİB-in Ukraynaya investisiyaları 4,6 milyard avro təşkil edib.