AYNA-dan Anar Rzayevin qardaşına məxsus şirkət barədə AÇIQLAMAbackend

AYNA-dan Anar Rzayevin qardaşına məxsus şirkət barədə AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA rəhbəri Anar Rzayevin qardaşı İlqar Rzayevə məxsus “Van der Val Intl. Transport Bakı” şirkətinə edilən lisenziya “güzəştləri” barədə saytda yayımlanan yazıya münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, AYNA-dan manset.az-a verilən məlumata görə, sözügedən şirkətin 4 ildir fəaliyyət göstərmədiyi vurğulanıb. “Şirkət 4 ildir fəaliyyətini dayandırıb. Buraxılış vəsiqəsi və kartları üçün də müraciət etməyib. Qeyd edilən müddət ərzində heç bir icazə bu şirkətə verilməyib. Şirkət icazə üçün müraciət də etməyib”, – deyə AYNA-dan bildirilib.