AYNA-nın qərarından zülm çəkən əhali: sürücülər gecə yarı küçələrə axışdı – VİDEObackend

AYNA-nın qərarından zülm çəkən əhali: sürücülər gecə yarı küçələrə axışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakıda taksilər ilə sərnişin daşımalarına verilən icazələrin sayına məhdudiyyət tətbiq olunduqdan sonra paytaxtda uzun növbələr yaranıb.

NOCOMMENT.az xəbər verir ki, növbə sisteminin yaradılmaması sürücülər arasında narazılığa səbəb olub. Gecə saat 02:30-də “Bakı Beynəlxalq Avtovağzalı”nda sürücülər yığılıb. Videonu təqdim edirik:

Xatırladaq ki, yeni qərara əsasən, paytaxt ərazisində müəyyən bir fəaliyyət növü üçün ümumilikdə 25 min icazə limiti müəyyənləşdirilib. Artıq bu limitin tətbiqinə az vaxt qaldığına görə, sürücülər icazə almaq üçün növbəyə düzülməyə başlayıblar.

İcazələrin verilməsi prosesi müraciət ardıcıllığı və növbəlilik prinsipi əsasında həyata keçirilir. Hansı sürücü daha tez müraciət edirsə, həmin şəxsə üstünlük verilir.

Sürücülər sosial şəbəkələrdə gecə və gündüz saatlarında yaranmış növbələrlə bağlı paylaşım ediblər.