“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) Publik Hüquqi Şəxs qısa mesaj xidməti üzrə elan etdiyi tenderin nəticəsini açıqlayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, “SMS məlumatlandırma sisteminin sms balansının artırılması” üzrə keçirilən satınalmanın qalibi “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyəti olub.
Qalib şirkətlə 318.600 manat məbləğində müqavilənin bağlanacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir.