Aynişan cavab verdi: Biz deməmişik ki, boşandıq…backend

Aynişan cavab verdi: Biz deməmişik ki, boşandıq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

NOCOMMENT xəbər verir ki, bloqer xanım həyat yoldaşı Kənan Əliyev ilə boşanması haqda şayiələrə də son qoyub.

Belə ki, ona boşanması ilə bağlı ünvanlanan suala – “Biz elə söz deməmişik, boşanmamışıq. Düz deyil”, – deyə cavab verib.

Aynişan Quliyeva daha sonra qadınların qocalması barədə bunları yazıb: “Qadın hər yaşda qocala bilər. Yaşadıqları həyat tərzi onu ya qocaldır, ya da cavanlaşdırıb gözəlləşdirir. Birinci ruhu qocalır, sonra da yavaş-yavaş zahiri. Ona görə də qadını çiçəyə bənzədirlər. Su vermədikcə solur”.