Aynişan niyə ana olmaq istəmir?backend

Aynişan niyə ana olmaq istəmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva paylaşımı ilə diqqət çəkib.

NOCOMMENT.az xəbər verir ki, Aynişan arzuları ilə bağlı video paylaşıb.

O, hər zaman ulduz olmaq istədiyini, ana olmaq arzusu olmadığını açıqlayıb:

“Balaca bir qız idim, həmişə düşünürdüm ki, Hollivud ulduzu olacam, məşhurlaşacam. Onun heç bir yerində ana olmaq, həyat yoldaşı olmaq yox idi. Halbuki rəfiqələrim arzulayırdı ki, ailə qursunlar, cehiz yığsınlar və sairə. Çox əsəbiləşirdim, deyəndə ki, Aynişan böyüsün toyuna gələk… Məndə bir neçə dəfə qırılmalar oldu, arzularımdan vaz keçdim. Həyatda insan hər zaman eyni dalğada qala bilmir, bəzən sınır, qırılır”.

Qeyd edək ki, Aynişan Quliyeva 2020-ci ildə ailə qurduğu idmançı həyat yoldaşı Kənanla elə həmin il ayrılıb.