Aynişan onu ittiham edənlərə cavab verdi: Məni vurmaq istəyirlərbackend

Aynişan onu ittiham edənlərə cavab verdi: Məni vurmaq istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni, bloger Aynişan Quliyeva “giveaway” yarışmasında saxtakarlıq etməkdə günahlandırılıb.

NOCOMMENT.az xəbər verir ki, Aynişan Quliyeva İnstaqram hesabında video paylaşaraq haqqındakı ittihamlara münasibət bildirib:

“Azərbaycanda mənim səhifəm qədər aktiv səhifə çox azdır. Onun qarşılığında keçən ildən bu günə qədər müxtəlif “giveaway” təşkilatçıları yarışma etmək üçün icazə istəyirdilər və böyük qonorarlar təklif edirdilər. Üç dəfə yarışma etdim. Son olaraq yarışmamız apreldə baş tutdu.

Əgər pul, “giveway” hərisi olsaydım, digərləri kimi ayda on dəfə yarış keçirərdim. Sponsorların verdiyi pullarla hədiyyə alırıq. Bu təşkilatçılarla yarışa başlayanda dedim ki, hansı proqramla edəcəyik? Onlar da dedilər ki, “Random” proqramı ilə qalibləri seçəcəyik, Azərbaycanda ən böyük yarışların qalibi bu proqramla seçilir. Mən heç bir proqrama müdaxilə etmirəm, başım çıxmır.

İkincisi isə vicdanıma sığışdırıb kimisə bu yolla aldada bilmərəm. Mən dünənin uşağı deyiləm. 30 il Azərbaycan xalqının gözünün qarşısında böyüyən bir övladam. Yarışı təşkilatçıların xahişi ilə yeni “Ayniyarış” səhifəsində açdım. Canlı yayımı da onların istəyi ilə həmin səhifədə etdim.

Məkanların birində canlı yayım etdik, internetdə problem yarandı. Zəng gəldi ki, donmalar var, heç bir danışığın getmir. Biz canlı yayımı dayandırdıq, yenidən qoşuldum, qalibləri seçdim. Bir xanım “Hyundai” markalı avtomobil qazandı. Xanımın oradakı göz yaşını hamı gördü. Həmin yarışma təşkilatçıların səhifəsində idi. Mən heç bir yarışçının səhifəsinin parolunu bilmirəm. Çünki o səhifə yarış bitəndən sonra satılır.

Evə gəldim, anam soruşdu ki, yarış necə keçdi? Əla olduğunu bildirdim. Anam baxmaq üçün səhifəyə girdi, gördü ki, yüklənən canlı yayım yoxdur. Təşkilatçılara zəng vurdum, söylədilər ki, izləyicilər artıq-əksik sözlər yazdığı üçün sildik. Əsəbiləşdim… Dedim, tez yenidən paylaşın.

Sonra gördüm ki, səhifələr heç bir əsası olmayan məlumatlar paylaşırlar. Sən demə, ekranı skrin edən zaman yazışmalar olub. Bunu təşkilatçılar edib. Mən heç kimlə yazışmamışam. Təşkilatçılar ekrandan canlını çəkirdilər. Mənim vəzifəm qalibləri seçmək idi.

Onu yayan insanların məqsədini bilirəm. Eləcə də hansı sifarişlə etdiklərini, gözdən salmaq istədiklərini də bilirəm. Mən insanlara demək istəyirəm ki, hər deyilən sözə inanmayın. Ortada əsaslı səbəbləri yoxdur. Sadəcə məni vurmaq istəyirlər. Mən sadəcə vasitəçiyəm. Bütün platformalar təşkilatçılar tərəfindən həll edilir”./Teleqraf