Aytacı 14 yaşlı oğlu ilə birlikdə öldürübmüş… – Rəsmi açıqlamabackend

Aytacı 14 yaşlı oğlu ilə birlikdə öldürübmüş… – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ Rayon Prokurorluğu şəhərdə qətlə yetirilən Aytac Əliyevanın öldürülməsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan “NOCOMMENT”ə verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir