Ayvazyan da ETİRAF ETDİ: Müharibə həmsədrlərin fəaliyyətinin uğursuzluğunu göstərdibackend

Ayvazyan da ETİRAF ETDİ: Müharibə həmsədrlərin fəaliyyətinin uğursuzluğunu göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin uğursuzluğunu göstərdi”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan ölkə parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında bildirib.

“Sentyabrın 27-si sübut etdi ki, onlar öz mandatlarının bu hissəsi çərçivəsində iflasa uğrayıblar”, – deyə o qeyd edib.

O, 44 günlük müharibənin Ermənistan diplomatiyasını uğursuzluğa uğratdığı ilə razılaşmadığını bildirib: “Bizə cari şəraiti təsbit edən deyil, prosesə başçılıq edən güclü həmsədrlik lazımdır”.