Ayvazyan: Rusiya prezidenti də hamının gözü qarşısında “dəhliz” dedi…backend

Ayvazyan: Rusiya prezidenti də hamının gözü qarşısında “dəhliz” dedi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlham Əliyevin Zəngəzur dəhlizinin bu gün reallıq olduğunu deməsi həqiqətən də reallığa uyğundur”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Azərbaycanşünas Qriqori Ayvazyan mediaya açıqlamasında deyib.

O bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin də noyabrın 26-da üçtərəfli görüş zamanı fikir bildirdiyini xatırladıb:

“Görüşlə bağlı hamımız üç liderin şifahi, sonra isə yazılı bəyanatını gördük. Belə ki, yollarla bağlı məsələdə Rusiya prezidenti hamının gözü qarşısında “dəhliz” ifadəsi işlətdi.

Deməli, burada böyük bir sirr yoxdur, məsələ nəqliyyat dəhlizlərinin və ya yolların necə adlanacağıdır. Azərbaycanda öz təbliğat məqsədləri üçün nəqliyyat yolunu “dəhliz” adlandırmağa üstünlük verərək, Laçın dəhlizi ilə eyniləşdirməyə çalışırlar. Ümid edirəm ki, Ermənistanda belə olmayacaq. Mən bu istiqamətdə əlimdən gələni etməyə hazıram.

O ki qaldı bütün kommunikasiyaların açılması ilə bağlı bəyanatlara, bu pərdədir, yəni Azərbaycan heç vaxt erməni tərəfi üçün o yolları açmayacaq, çünki Ermənistanın qarşısını kəsməkdə, onu yoxsulluqda saxlamaqda, mühacirətə şərait yaratmaqda maraqlıdır. Və biz başa düşməliyik ki, bəli, bu halda söhbət Naxçıvan, Azərbaycan və Türkiyə arasındakı əlaqədən gedir. Bizim bunu dəhliz və ya eləcə yol adlandırmağımız isə sadəcə şərh məsələsidir.

Ermənistanın baş naziri xalqının regionda sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyinə mandat verdiyini bəyan edib. Baş nazir nə demək istəyirsə, nə edəcəksə, o və tərəfdarları, belə deyək, cavab verə bilər, amma o, ancaq erməni xalqının icazə verdiyini və ya verməyəcəyini edəcək.

Bu gün müxalifətin nə olursa, nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ keçirəmək məqsədi sonda Ermənistana çox pis təsir edə bilər. Biz belə uçuruma tab gətirə bilmərik, məqsədlərimiz ətrafında birləşməliyik. Hamımızın ortaq düşməni Moskvada, Vaşinqtonda və ya hətta Ankarada deyil, düşmənimiz Bakının özündə oturub.

Biz sülhdən danışa bilərik, ancaq hər iki tərəf sülhə hazır olduqdan sonra. Gördünüzmü, Bakıda hansı qələbə paradı təşkil olundu? Burada nədən söhbət gedir, Azərbaycan tərəfinin sülhü bərqərar etməyə hazır olmasından?”.
Qaynarinfo