Ayvazyanın gəlişi çox ciddi hadisədir: Dərhal…backend

Ayvazyanın gəlişi çox ciddi hadisədir: Dərhal…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə gəlməsi çox ciddi hadisədir. Hesab edirəm ki, Azərbaycan bu məsələyə həm rəsmi, həm də qeyri-rəsmi formada sərt şəkildə reaksiya bildirməlidir.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə, hələlik rus sülhməramlılarının nəzarəti altında olan Xankəndiyə səfər etməsi haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, bu səfər həm də ondan xəbər verir ki, Ermənistan prosesləri ATƏT-in Minsk Qrupu çərçivəsində inkişaf etdirməyə çalışır: “Təkcə Ermənistan yox, Qərb ölkələri də bundan yanadır. Qarabağ ətrafında baş verən son proseslər həm Ermənistanı, həm də onun qərbli havadarlarını narahat edir. Məsələ ondadır ki, 44 günlük müharibədən sonra Ermənistan-Azərbaycan konflikti struktur baxımından böyük dəyişikliklərə məruz qalıb. Rəsmi İrəvanın Azərbaycana qarşı təcavüzü, buna cavab olaraq Ordumuzun başlatdığı əks-hücum əməliyyatları Ermənistanın etnik təmizləmə siyasətini darmadağın etdi”.

Politoloq deyib ki, 10 noyabr Bəyanatının tələblərinə uyğun olaraq Ermənistan ordusunun hərbi qulluqçularının əksəriyyəti torpaqlarımızdan çıxarılıb. Yəni Azərbaycan beynəlxalq sərhədləri ilə tanınan ərazilərini bərpa edib: “Belə olduqda hansısa qonşu ölkənin bizim daxili işimizə müdaxilə etməsi qəbuledilməzdir. Hesab edirəm ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə səfəri bir cəhddir: guya İrəvanın hələ də Qarabağ üzərində hüquqları var.

Azərbaycan birmənalı olaraq Minsk Qrupundan imtina edib, yeni bir beynəlxalq format yaradıb və onun çərçivəsində qalan bütün məsələləri həll etməlidir.

Bu format Türkiyə-Rusiya cütlüyündən ibarət olmalıdır. Azərbaycanın dəvəti nəticəsində onlar ölkəmizə gəlib, rəsmi Bakıya yardımçı olmalıdırlar. Qeyd etdiyim bu formatdan başqa Ermənistan rəsmiləri və onun dövlət xadimlərinin Qarabağ məsələsinə müdaxilə etmək ixtiyarı yoxdur. Hesab edirəm ki, biz ciddi ölçü götürüb tələb etməliyik ki, bu səfərlərə son qoyulsun.

Gec-tez keçmiş “dqr”in terrorçu lideri Araik Arutyunyan Azərbaycan torpaqlarından qaçacaq, ya da həbs edilib cəzalandırılacaq”.