Azad edilən ərazilərdə mineral xammal ehtiyatlarının monitorinqinin birinci mərhələsi bitibbackend

Azad edilən ərazilərdə mineral xammal ehtiyatlarının monitorinqinin birinci mərhələsi bitib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad edilən ərazilərdə mineral xammal ehtiyatlarının monitorinq işlərinin birinci mərhələsi artıq bitib. Vurulmuş zərər növbəti mərhələdə qiymətləndiriləcək”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, işğaldan azad olunan rayonların böyük əksəriyyəti üzrə vurulmuş ziyan və zərər ilkin mərhələdə dəyərləndirilib: “Bundan sonra xüsusi metodika üzrə qiymətləndirilmə aparılacaq və qalıq ehtiyatlarımız müəyyənləşdiriləcək. Nazirlik bu istiqamətdə geniş fəaliyyət göstərir”.