Azad edilən ərazilərdə yüzlərlə mina aşkarlandıbackend

Azad edilən ərazilərdə yüzlərlə mina aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan NOCOMMENT-ə verilən məlumata görə, avqustun 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 239, tank əleyhinə 140 mina125 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 562 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.