Azad edilən ərazilərdə yüzlərlə mina aşkarlanıbbackend

Azad edilən ərazilərdə yüzlərlə mina aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan NOCOMMENT-ə verilən məlumata görə, avqustun 22-dən 27-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 240, tank əleyhinə 69 mina81 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 731 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.