Azad edilən ərazilərə köç etmək istəyənlərin nəzərinə: Tələblər nələrdir?backend

Azad edilən ərazilərə köç etmək istəyənlərin nəzərinə: Tələblər nələrdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir müddətdir ki, işğaldan azad olunan və mina təhlükəsi olmayan bəzi rayonlara arı təsərrüfatları və qaramalın köçü başlanıb. Ancaq hələlik bu köç kütləvi hal almayıb.

NOCOMMENT.az xəbər verir ki, Şəkidə məskunlaşan laçınlı fermerlər bildirirlər ki, azad edilən ərazilərə qaramal aparılması üçün tələb olunan şərtlər xeyli çətindir. 200 baş qoyun, 50 baş mal limiti onlara çətinlik yaradır. Yəni, orta və xırda təsərrüfatları olanlar bu imkanlardan istifadə edə bilmirlər.

Fermerlər problemdən çıxış yolu kimi yaylağa bir neçə təsərrüfatın birləşərək köçməsini təklif edirlər.
Sakinlərin sözlərinə görə, onlardan say limiti ilə yanaşı əlavə işçi qüvvəsi də tələb olunur ki, bu da köçü daha əlçatmaz edir.

Məsələni aydınlaşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov “Xəbər Ertəsi”nə bildirib ki, hazırda yalnız Kəlbəcər, Qubadlı və Laçından olan fermerlərin həmin rayonlara köçü mümkündür.

Bunun üçün də onlar subsidiya almalı və təsərrüfatlarında minimum 40 arı ailəsi olmalıdır. Qaramal köçünə dair tələblər isə dəqiqləşdirilir. Nazirlik rəsmisi yaxın günlərdə bununla bağlı ətraflı məlumat veriləcəyini bildirib.

Daha ətraflı süjetdə: