Azad edilmiş ərazilərdə minlərlə mina aşkarlanıbbackend

Azad edilmiş ərazilərdə minlərlə mina aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay daha 2 442 mina aşkarlayıb.

ANAMA-dan NOCOMMENT-ə verilən məlumata görə, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1 695, tank əleyhinə 747 mina1 363 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 4 064,06 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.