Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıbbackend

Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə radio-televiziya yayım təminatını həyata keçirən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə başlayıblar.

Bunu NOCOMMENT açıqlamasında MTRŞ-nin Aparat rəhbəri, sədrin köməkçisi Fazil Novruzov deyib.

Onun sözlərinə görə, həmin ərazilərdəki teleradio yayımı üçün infrastruktur ya tamamilə dağıdılıb, ya da Ermənistanın televiziya və radiolarını yayımlamaqdan ötrü istifadə olunub: “Artıq bərpa işləri bitəndən sonra Azərbaycanda lisenziya almış bütün ölkə radio və televiziyaları orada yayımlanacaq. Bu da bir az vaxt alacaq”.

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən isə bildirilib ki, yeni avadanlıqlar alınaraq azad edilmiş ərazilərə aparılıb: “Yenidənqurma işləri aparılır. Hər şey yüksək səviyyədə təşkil ediləcək”.