Azad edilmiş ərazilərdə torpaqlar sahibkarlara necə verilməlidir? – Ekspertbackend

Azad edilmiş ərazilərdə torpaqlar sahibkarlara necə verilməlidir? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sahibkar öncə icarəyə götürmək istədiyi torpaqla tanış olmalıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov azad edilmiş ərazilərdə torpaq sahələrinin icarəsi üçün 6 müraciətə razılıq verilməsi ilə bağlı qərardan danışarkən deyib.

Ekspert sahibkarların biznes planlarının fərqli olduğunu diqqətə çatdırıb:

“Azərbaycan dövlətinin də çalışdığı odur ki, ərazinin potensialından istifadə edilsin. Ona görə də sahibkarın müraciətləri əsas şərt deyil. Əsas şərt odur ki, torpaq icarəyə görürmək üçün müraciətlər dəqiq nəzərdən keçirilsin və daha çox xeyir, səmərə verə biləcək sahibkarlara torpaqlar icarəyə verilsin”.

Pərviz Heydərov bu məsələnin müəyyən vaxt aparacağını bildirib:

“Hazırda işğaldan azad olunan torpaqlarda öncə yaşayış massivləri salınır. Bu proses çox sürətlə həyata keçirilir. Məqsəd odur ki, həmin ərazilərin iqtisadi potensialından, resurslarından ölkə iqtisadiyyatının inkişafında istifadə edilsin. Amma hələlik idarəetmənin təşkilindən tutmuş yenidənqurma və bərpa işləri, yaşayış massivlərinin salınması arzuolunan mərhələyə çatmalıdır ki, ondan sonra torpaqların icarəyə verilməsi prosesinə başlanılsın”.

Pərviz Heydərov torpaqların icarəyə verilməsi ilə bağlı qərarların verilməsinin müəyyən zaman tələb etdiyini qeyd edib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə torpaq sahələrinin icarəyə verilməsinə münasibət bildirilməsi ilə bağlı Kənd Təsərrrüfatı Nazirliyi tərəfindən daxil olmuş 470.40 hektar torpaq sahəsi üzrə 6 müraciətə razılıq verilib. Ümumilikdə isə indiyədək 2 min hektara yaxın torpaq sahəsi üzrə 19 müraciətə razılıq verilib.