Azad olunan ərazilərdə bu həftə aşkar olunan mina sayıbackend

Azad olunan ərazilərdə bu həftə aşkar olunan mina sayı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan NOCOMMENT-ə verilən məlumata görə, avqustun 30-dan sentyabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 164, tank əleyhinə 72 mina235 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 188 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.