Azad olunan ərazilərdə mindən çox mina aşkarlanıbbackend

Azad olunan ərazilərdə mindən çox mina aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan NOCOMMENT-ə verilən məlumata görə, noyabrda (01.11.2022 – 30.11.2022) Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 782 piyada əleyhinə mina, 344 tank əleyhinə mina1735 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 522,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.