Azad olunmuş bölgələrimizdə fəaliyyət göstərən tibb müəssisələri – SİYAHIbackend

Azad olunmuş bölgələrimizdə fəaliyyət göstərən tibb müəssisələri – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Qarabağda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Şuşa, Laçın modul tipli xəstəxanaları, Zəngilan rayonunun Ağalı kəndində, Hadrut qəsəbəsində və Cəbrayıl şəhərində Ailə Sağlamlıq mərkəzləri tibbi xidmət təminatını həyata keçirir. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə redaktor.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib.

Qeyd olunub ki, hazırda Ağdam və Zəngilanda da modul modul tipli xəstəxana tikilir.

Şuşa Modul Tipli Xəstəxanasında Təcili tibbi yardım, Poliklinika, Laboratoriya, Funksional diaqnostika, Anesteziologiya-reanimasiya şöbələri fəaliyyətdədir. Xəstəxanada TƏBİB-in Nərimanov Tibb Mərkəzinin işçi heyəti xidmət göstərir. Tibb personalının tərkibinə travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri daxildir. Hazırda Şuşa Modul Tipli Xəstəxanası 6 palatadan və 9 çarpayı yerindən ibarətdir. Mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunan xəstəxana həm ambulator, həm də stasionar tibbi xidmət göstərir.

Zəngilanın Ağalı kəndində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyət göstərir. ASM-də tele-tibb sisteminin vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.

Cəbrayıl şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzi ASM 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərir. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olur.

Hadrut Ailə Sağlamlıq Mərkəzi 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Beyləqan Rayon Mərkəzi Xəstəxanasından ezam olunan təcili tibbi yardım briqadası, həkim, orta tibb işçisi və kiçik tibb işçisi olmaqla 12 personal xidmət göstərir.