Azad olunmuş əraziyə keçmək istəyən şəxs avtomobillə polisi vuraraq qaçıbbackend

Azad olunmuş əraziyə keçmək istəyən şəxs avtomobillə polisi vuraraq qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi “QAZ-31” avtomobili ilə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Aslanov saxlanılıb.

Qol nahiyəsindən yüngül xəsarət alan polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Araşdırma aparılır.