Azad Rəhimovun səhhəti barədə xəbər varbackend

Azad Rəhimovun səhhəti barədə xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elə dünən cənab nazirlə əlaqə saxlamışam. Ümumiyyətlə, hər gün onunla daimi əlaqədəyəm. Suallar olduğu təqdirdə, dərhal onunla əlaqə saxlayıram. Cənab nazir bütün sualları cavablandırır, tapşırıqları verir”.

NOCOMMENT xəbər verir ki, bu barədə oxu.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova danışıb.

S.Məmmədova ABŞ-da müalicə alan Gənclər və İdman naziri Azad Rəhimovun səhhəti ilə bağlı danışarkən onun Bakıya dönməsi ilə bağlı verdiyimiz sualı belə cavablandırıb: “Azad müəllimin müalicəsi hələlik davam edir. Onun nə vaxt Vətənə qayıdacağı dəqiq bilinmir. Müalicəsi bitəndə Bakıya qayıdacaq”.