Azadlığa çıxan kimi saxlanılan şəxslə bağlı qərarbackend

Azadlığa çıxan kimi saxlanılan şəxslə bağlı qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda azadlığa buraxıldıqdan sonra tutulan İsmayıl Qəhrəmanov barəsində məhkəmə qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, paytaxtın Binəqədi, Xətai, Nizami rayonlarında çoxsaylı oğurluq əməllərində şübhəli bilinən 1995-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov barəsində məhkəmə qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs barəsində cinayət işinin istintaqı Bakı şəhər Baş Polis İdarəsində aparılır.