AZAL Bakı-İstanbul-Bakı reysinə bilet satışına başlayıbbackend

AZAL Bakı-İstanbul-Bakı reysinə bilet satışına başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) internet səhifəsində (www.azal.az) Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlanılıb.

AZAL-dan NOCOMMENT-ə verilən məlumata görə, uçuşlar iyulun 2-dən avqusutun 29-na qədər, həftədə iki dəfə (cümə axşamı və şənbə günlər) həyata keçiriləcək. AZAL-la yanaşı iyulun 1-dən etibarən “Türk Hava Yolları” şirkəti də Bakı və İstanbul arasında həftədə iki dəfə (çərşənbə və cümə günlər) uçuşlar yerinə yetirəcək.

Beləliklə, iyulun 1-dən etibarən Bakı və İstanbul arasında xüsusi aviareyslərin sayı həftədə 4 dəfəyə qədər artırılacaq. Bunun sayəsində tələbələrin və vətəndaşların digər ölkələrdən İstanbul üzərindən tranzit keçməklə Azərbaycana qayıtması üçün imkan yaranacaq. Bundan əlavə, həmin reyslərdə AZAL xarici ölkələrdə təhsil alan, miqrasiya vəsiqəsində müvafiq qeyd olan Azərbaycanlı tələbələrə 30% güzəştlə aviabilet təqdim edəcək.

AZAL-ın saytında aviabilet alışı zamanı tələbələr miqrasiya vəsiqəsinin surətini aviaşirkətin çağrı mərkəzinə göndərməlidirlər və onlara güzəştli aviabiletin dəyərinin ödənilməsi üçün link göndəriləcək. Xüsusilə qeyd etmək lazımdır ki, miqrasiya vəsiqəsinin əsli hava limanında qeydiyyat zamanı təqdim edilməlidir. Miqrasiya vəsiqəsi olmadığı təqdirdə sərnişin reysə buraxılmayacaq.