“Bir neçə il sürən aradan sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq Azərbaycan Hava Yollarının Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin ilk uçuşu dünən axşam həyata keçirildi və uçuşlar ilkin olaraq həftədə iki dəfə olmaqla yerinə yetiriləcəkdir.”
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, şənbə günündən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Tehran-Bakı təyyarə reyslərinin fəaliyyəti də bərpa ediləcək.