AZAL Berlinə xüsusi reyslər həyata keçirəcəkbackend

AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə – cümə günləri həyata keçiriləcək.

AZAL-dan NOCOMMENT-ə verilən məlumata görə, həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaq. Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. Xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələr ekonom sinif üzrə aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: