AZAL endirimli biletləri satışa çıxardı – SİSTEM ÇÖKDÜbackend

AZAL endirimli biletləri satışa çıxardı – SİSTEM ÇÖKDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZAL bu gün 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib.

NOCOMMENT xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Məlumatda martın 26-dan oktyabrın 29-dək həyata keçiriləcək uçuşların hava yollarının aşağıbüdcəli “Buta Airways” aviaşirkəti tərəfindən minimal “Büdcə” tarifi ilə həyata keçiriləcəyi və 10 000 biletin onlayn satışının planlaşdırıldığı bildirilib.

Bu gün saat 16:00-da biletlər satışa çıxarılmalı olsa da, qeyd edilən saatdan etibarə saytın onlayn satış bölməsi işləməyib. Bu barədə vətəndaşlar sosial şəbəkədə yazıblar. Qeyd olunub ki, biletlərin satışa çıxarılacağı vaxtdan bir saatdan çox keçsə də, saytdan bilet almaq qeyri-mümkündür.