AZAL Ər-Riyaddan çarter reysi yerinə yetirdibackend

AZAL Ər-Riyaddan çarter reysi yerinə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan Bakıya çarter reysi yerinə yetirib.

NOCOMMENT.az xəbər verir ki, bununla da 83 həmyerlimiz vətənə çatdırılıb.

Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada həyata keçirilir. “Report”