AZAL Ermənistana 112 min avro ödəyibbackend

AZAL Ermənistana 112 min avro ödəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2022-ci ildə Ermənistanın hava məkanından istifadəyə görə ölkəyə təqribən 112 min avro ödəyib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Mülki Aviasiya Komitəsi məlumat yayıb.

“Azərbaycan aviaşirkəti AZAL yanvarın 1-dən noyabrın 30-dək Ermənistanın hava məkanı vasitəsilə uçuşlar üçün “Armaeronavigatsiya” QSC-yə 111 927,22 avro köçürüb. Köçürmə EUROCONTROL (Avropa Təşkilatı) beynəlxalq təşkilatının marşrut tarifləri üzrə mərkəzi ofisi vasitəsilə həyata keçirilib”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, Azərbaycan Hava Yolları 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. 2021-ci il oktyabrın 6-dan 2021-ci il dekabrın 31-dək AZAL Ermənistana aeronaviqasiya xidmətləri üçün təxminən 32 min avro ödəmişdi.