AZAL-ın 36 yaşlı pilotu nədən vəfat edib? – TƏFƏRRÜATbackend

AZAL-ın 36 yaşlı pilotu nədən vəfat edib? – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, avqustun 17-də AZAL-ın 36 yaşlı pilotu vəfat edib.

NOCOMMENT.az Publika.az-a istinadən xəbər verir ki, mülki aviasiyada çalışan 36 yaşlı Qərib Qəribovun Türkiyədə dünyasını dəyişdiyi məlum olub.

Bir neçə ay əvvəl Q. Qəribovda qan xərçəngi aşkar edilib. O, Azərbaycanda müalicə edilsə də, səhhətində irəliləyiş olmayıb. Bundan sonra gənc pilot Ankaradakı Koru Klinikasına yerləşdirilib. Lakin Q. Qəribov orada dünyasını dəyişib.

Məlumata görə, mərhum pilot ötən il ata olubmuş, onun 1 yaşlı körpəsi qalıb.

Qeyd edək ki, vəfat edən pilot tanınmış model İlqar Əliyevin yeznəsidir. İlqar da hazırda pilot kimi çalışır.