AZAL-ın 5-ci dəfə hərraca çıxardığı helikopterlərdən biri satıldıbackend

AZAL-ın 5-ci dəfə hərraca çıxardığı helikopterlərdən biri satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha əvvəl 4 dəfə açıq hərraca çıxarılan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus 3 ədəd helikopter 5-ci dəfə hərraca çıxarılıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda göstərilir ki, 1 ədəd “Airbus Helicopters EC-135P2” və 2 ədəd “Airbus Helicopters EC-155B1” helikopteri bu gün – 15 noyabr 2022-ci il tarixində yenidən hərraca çıxarılacaq.

“Airbus Helicopters EC-155B1” helikopterləri 2005-ci, “Airbus Helicopters EC-135P2” helikopteri isə 2009-cu ildə istehsal olunub.

Hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 1 milyon manat olacaq.

Sonda satışa çıxarılan helikopterlərdən biri – “Airbus Helicopters EC-135P2” 1 milyon manata satılıb.
Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.