AZAL-ın helikopterləri 4-cü dəfə hərraca ÇIXARILDIbackend

AZAL-ın helikopterləri 4-cü dəfə hərraca ÇIXARILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 10-da “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin balansında olan 3 helikopter 4-cü dəfə – 25% endirimlə hərraca çıxarılacaq.

Bu barədə NOCOMMENT.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, “Airbus Helicopters EC-155B1”, “Airbus Helicopters EC-155B1” və “Airbus Helicopters EC-135P2” markalı helikopterlərin hər birinin start qiyməti 1,5 milyon manat olacaq. Bunun 10%-i beh kimi ödənilməlidir.

Sifarişlər Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Behin köçürülməsini təsdiq edən sənəd.